Bu ölkədə polislər ayağa qalxdı: Maaş artımı tələb etdilər...

19:04 11 Yanvar 2023

 Belçikanın paytaxtı Brüsseldə yüzlərlə polis maaşlarının artırılması və pensiya hüquqlarının yaxşılaşdırılması tələbi ilə nümayiş keçirib.
Sitat.info xəbər verir ki, Belçikadakı həmkarlar ittifaqlarının çağırışı ilə 300-ə yaxın polis Brüsseldəki Federal Polis Baş İdarəsi qarşısına toplaşıb.

Birliklərin mavi, yaşıl və qırmızı rəngli jiletlərini geyinən polis Federal Polis İdarəsinin qarşısındakı küçəni bağlayıb.

Aksiyaya çoxlu motosikletçi və mülki geyimli polis qatılıb. Məhəllədə məşəl alovlandıran polislər  federal hökumətdən maaşların artırılmasını və pensiya şərtlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Xatırladaq ki, Belçikada polislər  tez-tez maaş və pensiya ilə bağlı etiraz aksiyaları keçirir.

Polislər uzun illərdir ki,  maaşlarının artırılmamasına, vəzifələrini ağır iş kateqoriyasından çıxarılmasına və  pensiya yaşının artırılmasına etiraz edirlər.

Nərgiz,

Sitat.info



Xəbər xətti