Böyük Britaniya baş naziri Rişi Sunak Fransaya səfər edəcək.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Sunakın martın 10-da Fransaya gedəcəyi bildirilir.
Fransa hökumətindən verilən açıqlamada bildirilir ki, bu, iki lider üçün təhlükəsizlik, iqlim və enerji, iqtisadiyyat, miqrasiya, gənclər və xarici siyasət və bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək üçün faydalı olacaq”.