Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş vermiş partlayış nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb.
Sitat.info xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb.
Daxili İşlər Nazirliyinin sözçüsü hadisədən sonra verdiyi açıqlamada, "Bu gün saat 4:00 radələrində Xarici İşlər Nazirliyinə gedən yolda təəssüf ki, insan tələfatı ilə nəticələnən partlayış baş verdi. Təhlükəsizlik qrupları hadisə yerinə çatdı. Hadisənin ərazisi və təfərrüatları daha sonra sizinlə paylaşılacaq”. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Seymur Bənnayev
Sitat.info