Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada “xüsusi hərbi əməliyyat”a cavabdeh olan Birləşmiş Hərbi Qüvvələrin rəhbəri təyin edilib.
Sitat.info-nun məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Rusiya ordusunun Ukraynaya doğru komandanlıq səviyyəsində dəyişikliklər edildiyi bildirilib.
Ukraynada Rusiya ordusunun komandanlığının gücləndirilməsi və Rusiya ordusu birlikləri arasında əlaqənin artırılması üçün yeni tapşırıq verilib. Nazirlik onu da bildirib ki, Gerasimovun xüsusi hərbi əməliyyatlar zonasında köməkçisi Sergey Surovikin, Aerokosmik Qüvvələrin komandanı, Quru Qoşunlarının komandanı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini Aleksey Kim olacaq.
/Manset.az