İranda silahlı hücum - Ölən və yaralananlar var

18:36 12 Yanvar 2023

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində olan nəzarət-buraxılış məntəqəsinə silahlı hücum edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kanberi məlumat verib.

Belə ki, hücumun Zahidan və Xaş şəhərləri arasındakı yolda baş verdiyi bildirilib.

Hadisə nəticəsində 1 mühafizəçinin həyatını itirdiyini, 2 nəfərin yaralandığı qeyd olunub./Qafqazinfo

 



Xəbər xətti