İstanbulun Bağcılar səmtində yerləşən tekstil sexində partlayış baş verib.
Sitat.info xəbər verir ki, partlayış anı təhlükəsizlik kameralarında əksini tapıb.
Görüntülərdə insanlar düşən şüşə və kərpic parçalarının altında qalmaqdan son anda xilas olduqları məlum olur.
Bağcılar rayon valisi Abdullah Uçgün məsələyə münasibət bildirib:
"Bura tekstil sexidir, ölən və ya xəsarət alan yoxdur"./Qafqazinfo