İslam Respublikasının Hərbi Dəniz Qüvvələri ilk dəfə Sakit Okean sularına daxil olmağı və hərbi gəmilərini Panama kanalında yerləşdirməyi “planlaşdırıb”.
Sitat.info xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bu məlumatı yanvarın 11-də açıqlayıb və söz verib ki, İran gəmiləri bütün dünyada olmaq məqsədilə ilin sonuna qədər Panama kanalında olacaqlar.
İran Hərbi Dəniz Qüvvələri ötən illərdə iki boğaz istisna olmaqla, dünyanın bütün strateji boğazlarında olub və bu ilin sonuna qədər Panama boğazına daxil olmağı planlaşdırıb.
Səid İsaoğlu,
Sitat.info