BMT-dən sərt bəyanat: "İran cinayət araşdırmalarını və ölüm hökmünü silaha çevirir"

21:32 12 Yanvar 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İran hökuməti beynəlxalq insan hüquqlarını pozur, etirazlarda iştirak edənləri cəzalandırmaq və müxalifəti aradan qaldırmaq üçün cinayət araşdırmalarını və ölüm hökmünü silaha çevirib.

Sitat.info xəbər verir ki, Volker Türk,  İrandakı nümayişlərə görə verilən edam hökmlərinə reaksiya verib.

İranda polis nəzarətində olan gənc qadının ölümündən sonra başlayan etirazlarla əlaqədar 4 nəfərin edam edildiyini qeyd edən V.Türk, bu işlərin İranda minimum ədalətli mühakimə və hüquqi prosesin olmadığını, beynəlxalq təşkilatlar tərəfindən insan hüquqlarına əməl etməsinin  tələb olunduğunu bildirib.  

Edamlar "özbaşına həyatdan məhrumetmə" deməkdir, ən elementar hüquqlarından istifadə edərək nümayişlərə qatılan və ya onu təşkil edənləri cəzalandırmaq üçün cinayət işlərini silaha çevirmək dövlətin sanksiyası ilə öldürmək deməkdir". 

O bildirib ki, İran administrasiyası "etirazlarda iştirak edənləri cəzalandırmaq, müxalifəti dağıtmaq və ictimaiyyətdə qorxu yaratmaq üçün cinayət araşdırmalarını və ölüm hökmünü silaha çevirib ki, bu da beynəlxalq insan hüquqlarını pozur".

Türk İran hökumətini öz xalqının həyat və istəklərinə hörmət etməyə və bütün edamları dayandırmağa çağırıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti