ABŞ-da quş qripi epidemiyası səbəbiylə yumurta istehsalının azalması ilə qiymətlər 2022-ci ildə pik nöqtəyə çatdı.
Sitat.info xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin paylaşdığı araşdırmaya görə, keçən il yüksək patogenli quş qripi quşların kütləvi məhvinə səbəb olub.
Təkrarlanan epidemiyalar nəticəsində ABŞ-da yumurta ehtiyatları 2022-ci ilin dekabr ayının son həftəsində ilin əvvəli ilə müqayisədə 29 faiz azalıb.
Ötən ilin fevralında başlayan epidemiyadan dekabrın sonuna qədər 43 milyondan toyuq məhv olub. Yumurtanın topdansatış qiymətləri tədarükün məhdud olması səbəbindən il boyu bahalaşıb.
Səid,
Sitat.info