Yaponiya hökuməti Ukraynanın infrastrukturunun bərpası üçün 95 milyon dollar ayırıb.
Sitat.info xəbər verir ki, bu vəsait Yaponiya və Ukrayna tərəfləri və BMT nümayəndələri tərəfindən bu gün imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına (UNDP) yönəldiləcək.
Qeyd olunur ki, Ukraynaya yardım proqramı beş əsas istiqamətə yönəlib:
- hökumətin böhrana reaksiya vermək və onu idarə etmək qabiliyyətinin gücləndirilməsi;
- onların öz işini davam etdirə bilmələri üçün ictimai xidmətlərə dəstək;
- insanların təhlükəsiz şəkildə evlərinə qayıtması üçün kritik infrastrukturun yenidən qurulması;
- özəl müəssisələrin fəaliyyətini davam etdirmək üçün onlara dəstək, bununla da icmalara dəstək;
- vətəndaş cəmiyyəti və sosial əlaqələrin gücləndirilməsi.
Seymur,
Sitat.info