Ukrayna MDB dövlətləri ilə bağlanmış iki sazişdən çıxdı

22:55 12 Yanvar 2023

Ali Rada Ukraynanın MDB çərçivəsində bağlanmış daha iki sazişdən çıxmasını qəbul edib.

Sitat.info xəbər verir ki, bununla bağlı qanun qəbul edilib. 

Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrin həlli qaydası haqqında Sazişdən çıxmaq haqqında” 0162 saylı qanun layihəsinin qəbul edilməsinə 322 xalq deputatı səs verib. Bu müqavilə 1992-ci il martın 20-də Kiyevdə bağlanıb və MDB iştirakçısı olan dövlətlərin məhkəmələri ilə digər orqanları arasında birbaşa əlaqələrin mümkünlüyünü nəzərdə tuturdu.

Bundan başqa, 0168 nömrəli “Psixi pozğunluqlardan əziyyət çəkən şəxslərin məcburi müalicəyə verilməsi haqqında Konvensiyadan çıxmaq haqqında” qanun layihəsinin qəbul edilməsinə 325 xalq deputatı səs verib. Bu konvensiya Ukrayna adından 28 mart 1997-ci ildə imzalanmış və 2000-ci il yanvarın 11-də ratifikasiya edilmişdi.

Seymur,

Sitat.info



Xəbər xətti