İsveçdən Stokholmda Ərdoğanın təhqir edilməsi ilə bağlı açıqlama gəldi

22:56 13 Yanvar 2023

İsveç xarici işlər naziri Tobias Billström terror təşkilatı PKK tərəfdarlarının paytaxt Stokholmda tarixi bələdiyyə binası qarşısında toplaşaraq prezident Rəcəb Tayyib Ərdoğana bənzədilmiş kuklanı ayağından binanın qarşısındakı dirəyə asmasından və bu görüntü sosial mediada yayıldıqdan sonra baş verənlərlə bağlı açıqlama verib.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Nazir Billström açıqlamasında bu sözləri deyib: 

“Hökumət  Parlament sədri Andreas Norlen səfərinin təxirə salınmasından təəssüflənsə də, Türkiyənin reaksiyasını anlayır. Türkiyə ilə əlaqələr İsveç üçün çox önəmlidir. Anlaşma Memorandumu davam edir. Biz bu hadisələri inanılmaz dərəcədə ciddi qəbul edirik. Demokratik yolla seçilmiş xarici liderin saxta edamını səhnələşdirmək özlüyündə qınaq obyektidir, lakin xüsusilə iki tanınmış siyasətçinin öldürüldüyü bir ölkədə. Bundan əlavə, məsul qurum açıq şəkildə bildirdi ki, məqsədi İsveçin NATO-ya üzvlük müraciətini sabotaj etməkdir.

Bu biabırçı addım Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsini əngəlləmək məqsədi daşıyır".

Məğrur,

Sitat.info



Xəbər xətti