Kreml sərhədləri bağlayacaq, ruslar təhlükə altındadır - Danilov

23:22 13 Yanvar 2023

“Bütün Rusiya təhlükə altındadır. Kreml sərhədləri bağlamağa hazırlaşır".
Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

O, Putinin Rusiyanın sərhədlərini bağlayacağına əmindir.

Danilov deyir ki,  sərhədlərin bağlanması rusların “cəbhədə işlərin o qədər də yaxşı getmədiyini” bir daha təsdiq edəcək.

"Onlar sərhədləri mütləq bağlayacaqlar, biz buna əminik ki, əvvəlki kimi 60 yaşdan aşağı yox, 65 yaşa qədər kişiləri müharibəyə yollayacaqlar. Bu, bir daha göstərir ki, cəbhədə işlər o qədər də yaxşı getmirlər. Amma müasir Hitler-Putin bütün Rusiyanı bu müharibədə riskə altında qoyub,  biz bunu yaxşı görürük”, - Danilov bildirib.

Nərgiz,

Sitat.info 



Xəbər xətti