Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 31 illiyi münasibətilə paylaşım edib.
“Sitat.info” xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Ortaq qədim tarix və dərin mədəni irsə sahib olduğumuz, Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimizi bütün səviyyələrdə taclandırdığımız Can Azərbaycanla diplomatik əlaqələrimizin yenidən yaradılmasının 31-ci ildönümü mübarək olsun”.