Antalya şəhərindəki təlim-məşq toplanışında olan "Qarabağ"ın yeni transferi Adama Diakabi Polşanın "Rakuv" klubu ilə keçirdikləri yoxlama oyunundan sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlama verib.
“Sitat.info” xəbər verir ki, futbolçu Ağdam klubunda olmasından məmnun olduğunu dilə gətirib:
“Burada olmaqdan çox məmnunam. Həm müqavilə imzaladım, həm də ilk oyunumu keçirdim. Bundan əvvəl də komanda haqqında məlumatım var idi. Burada əvvəldən tanıdığım bir çox futbolçular var. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. O, komanda haqqında ancaq xoş şeylər danışıb. Ona görə də mən yenidən komandaya gəldiyim üçün məmnunam və futboldan zövq almaq istəyirəm”.
Təxminən 1 il əvvəl Bakıya gəldiyini xatırladan 27 yaşlı forvard həmin vaxt "Qarabağ"ın bazası və şəhərlə tanış olub: “Komandanın bir çox oyunlarını izlədim. Ötən mövsüm Fransa "Marsel"i, Yunanıstan "Olimpiakos"u ilə matçlara baxdım. Təəssüratlarım yaxşıdır. Məşqçilər heyəti ilə hər gün işləyirik. Konfrans Liqasının növbəti oyununa hazırlaşırıq”.
Qeyd edək ki, “Qarabağ” Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.