Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa ərizəsini baş nazir Olaf Şolsa təqdim edib.
Sitat.info xəbər verir ki, bu barədə Lambrext açıqlamasında deyib: "Bu gün kanslerdən məni Federal Müdafiə Nazirliyi vəzifəsindən azad etməyi xahiş etdim".
Medianın aylardır onun üzərində dayandığını bildirən Lambrext bunun Almaniya vətəndaşlarının maraqlarına uyğun təhlükəsizlik siyasəti qərarlarının verilməsinə mane olduğunu vurğulayıb.
Almaniya hazırda Kiyevə artan beynəlxalq hərbi dəstəyi təsdiqləmək üçün təzyiq altındadır.
Məğrur,
Sitat.info