Əfqanıstanın paytaxtı Kabildə qadın geyimləri mağazalarında cansız manikenlərin başlarının polietilen torbalar, alüminium folqa, parça və tüllə örtüldüyü görünür. Hətta vitrindəki qadınların baş örtüyü də əfqan xalqına zülm əlaməti kimi qiymətləndirilir.
Sitat.info xəbər verir ki, hazırda Taliban qız tələbələrin kollecdə təhsil almasına qadağa qoyduğuna görə sərt beynəlxalq tənqid hədəfinə çevrilib.
2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən qısa müddət sonra Talibanın Xeyir və Şərdən Qaçma Nazirliyi bütün manekenlərin vitrinlərdən çıxarılmasını və ya başlarının kəsilməsini əmr etdi.
Nazirlik bildirir ki, bu praktika manikenlər bütlərə bənzədiyi üçün edilib.
Bu təcrübə həm də Talibanın qadınları cəmiyyətdən təcrid etmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Geyim satıcılarının bəziləri bu göstərişə əməl etdiyi halda, bəziləri buna əməl etmir. Onlar geyimlərini düzgün nümayiş etdirə bilməyəcəklərindən və ya bahalı manekenləri zədələmək məcburiyyətində qalacaqlarından şikayətlənirlər.
Səid İsaoğlu,
Sitat.info