ABŞ-ın Kaliforniya ştatında bir evə silahlı basqın nəticəsində 6 aylıq körpə də daxil olmaqla ümumilikdə 6 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Tulare qraflığında, Qoşen şəhərində silahlı şəxs evə hücum edib.
Hücumda biri 6 aylıq körpə olmaqla cəmi 6 nəfər həyatını itirib.
Tulare dairəsi şerifi Mike Boudreaux, hücumun ən az 2 nəfər tərəfindən həyata keçirildiyini, 6 qurbanın isə güllələnərək öldürüldüyünü deyib.
Hücumun təsadüfi olmadığını düşündüklərini açıqlayan Boudreaux, "Bu ailə hədəfə alınıb" deyə bildirib, hücumda şəbəkələrin əli olduğuna inandıqlarını və bunun narkotiklə əlaqəli olduğunu söyləyib.
Hücumun baş verdiyi evdə ötən həftə narkotik axtarıldığını bildirən Boudreaux, hadisə ilə bağlı daha ətraflı məlumat paylaşmayıb. Hücumdan sonra hadisə yerinə çox sayda təcili yardım və polis göndərilib, zərərçəkənlərin bəzilərinin evdə, bəzilərinin isə evin xaricində olduğu, bir qurbanın isə xəstəxanada həyatını itirdiyi bildirilib.
Səid İsaoğlu,
Sitat.info