Dneprdə Rusiyanın raket hücumuna məruz qalan binada axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, zərbə nəticəsində 5-i uşaq olmaqla 44 nəfər həlak olub, 16-sı uşaq olmaqla 79 nəfər yaralanıb: "Dneprdə yaşayış binasına raket zərbəsi endirilən yerdə axtarış-xilasetmə əməliyyatları başa çatıb. Yanvarın 17-də saat 13:00-da Dnepr şəhərində raket zərbəsi endirilən yerdə axtarış-xilasetmə əməliyyatları başa çatıb", - Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, altı uşaq olmaqla ümumilikdə 39 nəfər xilas edilib. Zərbə nəticəsində 5-i uşaq olmaqla 44 nəfər həlak olub, 16-sı uşaq olmaqla 79 nəfər yaralanıb.
Bundan başqa, itkin düşmüş şəxslə bağlı 47 məlumat daxil olub, onlardan 23 nəfərin meyiti tapılıb, 4 nəfər isə qohumlarının yanında və xəstəxanalarda sağ-salamat tapılıb.
Nərgiz,
Sitat.info