Rusiyanın müdafiə naziri Şoyqu 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklərin ediləcəyini, ordudakı əsgərlərin sayının 1,5 milyon nəfərə çatdırılacağını bəyan edib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ordudakı əsgərlərin sayının 1,5 milyona çatdırılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, nazirlik rəsmiləri ilə görüşdə Şoyqu qeyd edib ki, 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklər ediləcək.
“Dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi, Rusiya Federasiyasının yeni regionlarının və mühüm obyektlərinin mühafizəsi yalnız ordunun əsas struktur komponentlərinin gücləndirilməsi ilə mümkündür”, - nazir Şoyqu bildirib.
Orduda “Moskva və Leninqrad” adlanan 2 yeni strateji hərbi zonanın yaradılacağını qeyd edən Şoyqu “Rusiya Federasiyasının yeni bölgələrində özünü təmin edən qoşunlar yaradılacaq” deyib.
Putin keçən il imzaladığı qərarla 2023-cü ilə qədər əsgər sayını 137 min artaraq 1 milyon 150 min 623-ə çatdırıb.
Məğrur,
Sitat.info