Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə olaraq 2022-ci ildə 1 milyard 411 milyon 800 minə qədər azalıb.
Sitat.info xəbər verir ki, Milli Statistika Bürosunun məlumatlarına görə, Çin əhalisinin sayı 2021-ci ildə 1 milyard 412 milyon 600 min ikən 2022-ci ildə 1 milyard 411 milyon 800 min olaraq təyin olundu.
Kommunist administrasiyasının kənd təsərrüfatını kollektivləşdirməyə cəhd etdiyi 1960-cı illərin əvvəllərində uzun illər davam edən quraqlıq və aclıqdan sonra ölkə əhalisi ilk dəfə olaraq azaldı.
Xatırladaq ki, həmin dövrdə 30 milyon insanın ölümü 1960 və 1961-ci illərdə ölkə əhalisinin azalmasına səbəb olmuşdu.
Seymur Bənnayev,
Sitat.info