Avropa İttifaqı (Aİ) Ukraynaya 3 milyard avro makro maliyyə dəstəyi verib.
Sitat.info xəbər verir ki, Aİ Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya bu il verilməsi planlaşdırılan 18 milyard avroluq makro maliyyə yardım paketinin 3 milyard avrosunun bu gün göndərilib.
Açıqlamada paket çərçivəsində Ukraynada maaş və təqaüdlərin ödəniləcəyi, xəstəxana və məktəb kimi əsas xidmətlərin davam etdiriləcəyi, köçkünlərə sığınacaq təklif ediləcəyi bildirilib.
Dəstəyin Ukraynada iqtisadi sabitliyin təmin olunmasına kömək edəcəyinə diqqət çəkərək, bu ölkənin Rusiya tərəfindən dağıdılan enerji infrastrukturu, su sistemləri, nəqliyyat şəbəkələri, yol və körpülər kimi mühüm infrastrukturun təmirinə yönələcəyi qeyd edilib.
Açıqlamada Ukraynadakı mövcud şərtlərə görə çevik və rahat borc götürmə şərtləri təklif edildiyi vurğulanıb və Ukraynanın sözügedən kreditləri 2033-cü ildən başlayaraq 35 il müddətinə ödəyəcəyi bildirilib.
Nərgiz,
Sitat.info