“Putin bu gün səfərbərlik elan edə bilər”

10:19 18 Yanvar 2023

“Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə yeni səfərbərlik elan edilməsini açıqlaya bilər”.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yayıb.

Məlumata görə, Putin bu gün Sankt-Peterburda Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə çıxış edəcək. Bildirilir ki, Putin Rusiya xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. 

“Bir neçə rusiyalı hərbi bloqerlər qeyd edib ki, Rusiya lideri bu imkandan səfərbərliyin elan edilməsi üçün istifadə edə bilər. Ukrayna və Qərb kəşfiyyatı da dəfələrlə Putinin səfərbərliyə hazırlaşması barədə xəbərdarlıqlar edib. Sözügedən bu xəbərdarlıqlarda da səfərbərliyin yanvarın ortası elan ediləcəyi qeyd olunub”, - deyə məlumatda qeyd olunub.



Xəbər xətti