15 yaşlı futbolçu faciəvi şəkildə öldü - Azərbaycanda

15:34 19 Yanvar 2023

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki,, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif “İmişli” futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı mövqeyində çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti