Emin Mehtiyev apellyasiya şikayəti verəcək

16:57 19 Yanvar 2023

Oyun-alqı satqısına görə ömürlük futboldan uzaqlaşdırılan MOİK-in futbolçusu Emin Mehtiyev qərarla razılaşmayıb.

“Qafqazinfo”ya danışan təcrübəli oyunçu bu qərardan AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verəcəyini bildirib. 

Qeyd edək ki, Emin Mehtiyevlə yanaşı, onun komanda yoldaşı Fərmayıl Əliyev də ömürlük diskvalifikasiya olunub. 

 



Xəbər xətti