“Qarabağ” qış “transfer pəncərəsi”nin ikinci transferini az öncə reallaşdırıb.
“Sitat.info” “Sportinfo”ya istinadən xəbər verir ki, klub Azərbaycan çempionu Redon Cika ilə anlaşıb.
Qeyd edək ki, 24 yaşlı yeni futbolçu Albaniya yığmasının üzvüdür. O, ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib. Cinah yarımmüdafiəçisi “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. 2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.
Xatırladaq ki, “Qarabağ” daha öncə Adama Diakabi ilə müqavilə imzalamışdı.