İslam ölkələri İsveçdə Quranın yandırılmasına reaksiya verib

12:56 23 Yanvar 2023

İsveçdə ifrat sağçı siyasətçinin Quranı yandırması İslam ölkələri tərəfindən sərt reaksiya ilə qarşılanıb. 
Sitat.info xəbər verir ki, Danimarkalı  ifrat sağçı  siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına dünyanın bir çox ölkəsi reaksiya verib.

“Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilən alçaq hücumu ən sərt şəkildə pisləyirik”, - Türkiyə XİN-dən bildiriblər.  

Nazirlikdən verilən açıqlamada, "Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilən alçaq hücumu ən sərt şəkildə qınayırıq. Müsəlmanları hədəf alan və təhqir edən bu anti-İslam təxribatçı hərəkətə hüquqi qiymət verilməsini tələb edirik. İfadə azadlığı adı altında müqəddəs dəyərlərimizin təhqir edilməsinə icazə verilməsini  heç bir şəkildə qəbul etmirik”. 

İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ölkəsi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına icazə verdiyi üçün ən sərt şəkildə qınanıb.

Beynəlxalq ictimaiyyətdən də sərt qınaqlar gəlib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha İsveçdə ifrat sağçı siyasətçinin Quranı yandırmasını qətiyyətlə pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyib.

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İsveçdə Quranın yandırılmasını pisləmək üçün 1 milyon imzanın toplanmasını və İsveç səfirliyinə çatdırılmasını istəyib.

Səudiyyə Ərəbistanı hökuməti ifrat sağçının Quranı yandırmasına icazə verən İsveç hakimiyyətini qınayıb və Danimarkalı siyasətçi Rasmus Paludanın Quranı yandırmasına reaksiya verib. 

Qətər Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir: “Bu mənfur hadisə bütün dünyada 2 milyarddan çox müsəlmanın hisslərinə qarşı təhlükəli təxribatdır”. 

O cümlədən, Misir, Fələstin,  Livan, İordaniya, Əlcəzair, Mərakeş də rəsmi şəkildə İsveçə etirazını bildirib. 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti