Ölkəmizdə qeyd olunan xüsusi günlərdən biri də 2 fevral - Gənclər günüdür. Belə önəmli günün təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması da heç təsadüfi deyildir. Gəncliyimizə verilən dəyər və ölkə gələcəyində mühüm yerə malik olmasının əsası məhz ulu öndərin hakimiyyətə gəlməsi ilə bağlıdır. Ölkədə keçirilən forumlar, gənclər üçün yaradılan şərait indi də gənc nəslin inkişafı üçün böyük rol oynayır.
Azərbaycan gəncliyi dünya gəncləri arasında milli-mənəvi dəyərlərinə, vətənpərvərlik ruhuna görə hər zaman seçilib. 44 günlük Vətən müharibəsi də gəncliyimizin necə qürurlu, şərəfli yol keçdiyinə sübutdur. Dünyanın dörd bir yanında ölkəni hər bir sahədə təmsil edərək tanıdan da əsasən gənc nəslin nümayəndələridir.
"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir"- deyən ulu öndər Heydər Əliyev bu günki gənc nəslin nümunəvi modelini yaratmışdır. İndi də cənab prezident İlham Əliyev layiqincə bu modeli inkişaf etdirir.
Hansı ölkədə yaşamasından asılı olmayaraq Azərbaycan gəncliyini 2 fevral- Gənclər günü münasibətilə təbrik edirik. Hər zaman Azərbaycan üçün çalışaq və onun bayrağını zirvələrdə edək!
Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov,
Xüsusi olaraq Sitat.info üçün