Nazpəri Dostəliyeva bacısı Zeynəbin xəstəxanadan görüntüsünü paylaşıb, sildi - FOTO/VİDEO

11:20 3 Fevral 2023

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva iki gün əvvəl xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki, sənətçi sosial şəbəkədə bacısının xəstəxanadan görüntülərini paylaşıb. Videodan Zeynəb xanımın vəziyyətinin ağır olduğu müşahidə edilir.

Dostəliyevanın həmkarları onun bacısı üçün şəfa diləyib, tez sağalmasını arzulayıblar. 

Müğənni daha sonra Zeynəb Dostəliyevanın xəstəxanadan paylaşdığı görüntülərini silib. 

Xatırladaq ki, "Günün sədası" verilişinə qonaq olan Nazpəri bacısının vəziyyətinin ağır olduğunu, ona təcili qaraciyər və böyrək köçürülməsi lazım olduğunu bildirmişdi. 

/Baku.ws



Xəbər xətti