"Marsa getmək əvəzinə peyvəndlərlə həyat xilas edərəm" - Bill Qeyts milyarderlərə ağıl verdi

18:58 3 Fevral 2023

Microsoft-un həmtəsisçisi Bill Qeyts Marsa səyahəti bədxərclik adlandırıb və peyvəndlərə sərmayə qoymağı üstün tutacağını deyib. Qeyd edək ki, məşhur milyarderlər arasında kosmos yarışı son vaxtlar gündəmdən düşmür.
Sitat.info xəbər verir ki, SpaceX-in CEO-su Elon Musk Marsı kolonizasiya etməyi hədəfləyərkən, Amazon qurucusu Jeff Bezos "Blue Origin" adlı şirkəti ilə 2021-ci ildə kosmosa getdi.

Texnologiya milyarderi Bill Qeyts isə BBC-yə verdiyi müsahibədə Marsa getməkdənsə qızılca peyvəndi almağa üstünlük verəcəyini bildirib.

 "Marsa getmək əslində çox baha başa gəlir. Əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd ala və həyatını xilas edə bilərsiniz. Bu, Marsa getməməli olduğunuzu göstərir və ayaqlarınız yerə basır".

Müsahibəsində süni intellektin bəşəriyyəti dəyişdirəcəyini deyən Qeyts əlavə edib ki, tibb və elmlə bağlı sualları məhsuldarlığımızı araşdırmaq və artırmaq imkanı verəcək".

 Məğrur,

Sitat.info



Xəbər xətti