Azərbaycan boksçusu dopinqə görə cəzalandırılıb

21:59 2 Mart 2023

Azərbaycanda yeniyetmə boksçuda dopinq aşkarlanıb.

Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat katibi Vamiq Nəsirovun "Report"a verilən məlumata görə, idmançının yaşı az olduğundan adı açıqlanmayıb.

AMADA rəsmisi boksçunun qanında diuretiklər və gizlədici agentlər/furosemid aşkarlandığını bildirib. Yeniyetmə idmançı 24 ay müddətinə diskvalfikasiya olunub.



Xəbər xətti