Braziliyada “Serjipi” klubunun prezidenti Ernan Sena ölkə kubokunun 1/64 final mərhələsində “Botafoqo” ilə keçirilən oyundan sonra hakimlərlə dalaşıb.
Sitat.info xəbər verir ki, qarşılaşmanın final fitindən dərhal sonra meydana girən Sena referilərə hücum çəkərək, onlara bir neçə zərbə vurub.
Buna cavab olaraq yan xətt hakimi əlindəki bayraqla “Serjipi” prezidentinin eynəyini sındırıb. Sena üzü qan içində meydanı tərk edib.
Qeyd edək ki, 90+10-cu dəqiqədə vurduğu qolla məğlubiyyətdən qurtulan “Botafoqo” (1:1) növbəti mərhələyə adlayıb.