“Zirə” “Şamaxı” ilə bərabərə qaldı

20:10 3 Mart 2023

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Sitat.info xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Zirə” doğma meydanda “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Bu turun “Səbail” – “Sumqayıt” və “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” görüşləri isə martın 5-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

3 mart

“Zirə” – “Şamaxı” 2:2

Qol: H.Keyta, 29. N.Quliyev, 79-öz qapısına – A.Yunanov, 6-pen. K.Quliyev, 73.

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov.

Zirə İdman Kompleksinin stadionu, 17:00.



Xəbər xətti