UAF Rusiyada çıxış edən futbolçuların işini araşdırır

23:21 7 Mart 2023

Ukrayna Futbol Assosiasiyasının (UAF) Nəzarət və İntizam Komitəsi Rusiyada çıxış edən futbolçuların işini araşdırır.

Sitat.info UAF-in rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Krılya Sovetov"dan Dmitri İvanisenya, "Ural"dan Denis Kulakov, Moskva "Lokomotiv"indən Mark Mampassi, "Rostov"dan İqor Kalinin və "Akron"dan Danila Saqutkindir.

Onlar etik kodekslər və ədalət oyun prinsiplərini pozmaqda ittiham olunurlar. Məsələ ilə bağlı növbəti görüş martın 9-da keçiriləcək.

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıblar. Eyni zamanda, bir çox əcnəbi futbolçu, eləcə də ukraynalı oyunçuların əksəriyyəti bu ölkəni tərk ediblər.



Xəbər xətti