İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu nəzərdə tutulan vaxtdan 10 dəqiqə gec başlayacaq.
Sitat.info-nun məlumatına görə, buna Dortmund təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı "Stemford Bric" stadionuna gələrkən yolda tıxaca düşməsidir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürməli idi. İlk oyunda "Borussiya" 1:0 hesablı qələbə qazanıb.