Konfrans Liqası: "Latsio" öz meydanında uduzub

23:38 7 Mart 2023

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Sitat.info-nun məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

"Latsio" İtaliyada Niderland təmsilçisi "AZ Alkmaar"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 18-ci dəqiqədə meydan sahiblərindən Pedro Rodriges vurub. 45-ci dəqiqədə Vangelis Pavlidis hesabı bərabərləşdirib. Son nöqtəni isə 62-ci dəqəqə Miloş Kerkez qoyub.

Bu komandalar arasında cavab oyunu martın 16-da baş tutacaq.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyun

7 mart

21:45. “Latsio” (İtaliya) – AZ (Niderland) - 1:2

Qollar: Pedro Rodriges, 18 - Vangelis Pavlidis, 45. Miloş Kerkez, 62

Baş hakim: Qlenn Niberq (İsveç)

Roma Olimpiya Stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin digər görüşləri martın 9-da keçiriləcək.



Xəbər xətti