İspaniya "Barselona"sı baş məşqçisi Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq.
Sitat.info-nun məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta "Marca" nəşrinə açıqlama verib.
Funksioner bildirib ki, 43 yaşlı mütəxəssis uzun illər komandanın sükanı arxasında qalmağa layiqdir: "O, La Liqanın qalibi olacağı halda sözləşmənin uzadılmasını istəyir. Amma düşünürəm ki, bunu daha tez etmək mümkün olacaq".
Qeyd edək ki, Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.