Suriya millisinin sabiq kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.
Sitat.info xəbər verir ki, buna hazırda "Əl-Caiş" komandasında çıxış edən 34 yaşlı müdafiəçinin "Əl-Vətba"ya qarşı çempionat matçında baş hakimə hücum çəkməsi səbəb olub.
Təcrübəli oyunçu qırmızı vərəqə aldıqdan sonra referinin üzərinə gedərək ona tüpürüb.
Əl-Saleh diskvalifikasiya ilə yanaşı, pul cəriməsi də alıb. Futbolçu 600 000 ABŞ dolları, klubu isə 1,2 milyon dollar ziyana düşüb.