Azərbaycanın bədii gimnastı İspaniyadakı turnirə yollanıb

17:30 9 Mart 2023

Bədii gimnastika üzrə Azərbaycan millisi İspaniyanın Marbella şəhərində keçiriləcək “Grand Prix Marbella” turnirində təmsil olunacaq.

Federasiyadan "Report"a verilən məlumata görə, Alina Gözəlova beynəlxalq yarışda mübarizə aparacaq.

17 yaşlı idmançı bu gün İspaniyaya yollanıb.

Qeyd edək ki, martın 10-da start veriləcək “Grand Prix Marbella” üç gün davam edəcək.



Xəbər xətti