Miçel Madeyra: "Ruben Selles "Qarabağ"da hamıya yaxın idi"

13:05 10 Mart 2023

"O, "Qarabağ"da hamıya yaxın idi".

Sitat.infoun məlumatına görə, bunu "köhlən atlar"ın sabiq futbolçusu Miçel Madeyra hazırda "Sauthempton"un baş məşqçisi olan Ruben Selles haqqında "Marca"ya açıqlamasında deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi Sellesin oyunçularla çox danışdığını və həmişə komandanın yanında olduğunu bildirib: "Onun bu sıçrayışı məni təəccübləndirdi. Amma iş qabiliyyətinə görə yox. Ona fürsət verilsə, yaxşı iş ortaya qoyacağını bilirdim. Ümid edirəm ki, baş məşqçiliyi mükəmməl olacaq".

İspaniyalı oyunçu həmyerlisinin çalışqan insan olduğunu vurğulayıb: "Şəhərə və kluba öyrəşdiyim zaman mənə çox kəməklik edib. İki il yarım birlikdə olduq. Selles matçın metodologiyasına cavabdeh idi. O, analitik kimi çalışıb, rəqibləri öyrənirdi. Eyni zamanda fiziki məşqçi kimi də işləyib. İngilis dilini yaxşı bilirdi, hətta rus dilini öyrənmək üçün də vaxt sərf edirdi".

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. Miçel Madeyra 2015-2020-ci illərdə Ağdam klubunun formasını geyinib.



Xəbər xətti