Neymar əməliyyat olundu

22:27 10 Mart 2023

PSJ-nin futbolçusu Neymar topuğundakı zədə səbəbindən əməliyyat olunub. 

“Sitat.info” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Braziliyalı hücumçunun bu gün səhər saatlarında Dohada əməliyyat olunduğunu bildirib. 

Daha əvvəl Neymarın 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. 

Bu isə o deməkdir ki, 31 yaşlı oyunçu üçün bu mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Neymar bu mövsüm Fransa çempionatında 20 oyuna çıxıb, 13 qol vurub və 11 qolun ötürməsini verib.

 



Xəbər xətti