"Qarabağ"ın legioneri Albaniya millisindən kənarda qalıb

18:00 17 Mart 2023

"Qarabağ"ın futbolçusu Redon Cica Albaniya millisindən kənarda qalıb.

Sitat.info yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Silvinyo Polşaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu üçün 25 yaşlı hücumçuya dəvət göndərməyib.

Təcrübəli forvard ölkəsində ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Redon Cica "Qarabağ"a bu ilin yanvarında Albaniya "Tirana"sından keçib.



Xəbər xətti