Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub

18:54 17 Mart 2023

Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulub.

Sitat.info-nun məlumatına görə, XXVII turun və dövrənin son matçında "Qəbələ" "Şamaxı"nı qəbul edib. Bölgə təmsilçilərinin dueli "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin hər iki qolunu Əyyub Allaş vurub. Belçikalı hücumçu 19 və 45+1-ci dəqiqələrdə fərqlənib.

33-cü dəqiqədə Qəbələnin eyniadlı təmsilçisi ciddi itki ilə üzləşib. Rafael Utziq zədələnərək meydanı tərk edib.

Bu qələbə ilə xallarını 36-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" səfərdə "Sumqayıt"ı 6:0, "Sabah" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib, "Səbail" evdə "Turan Tovuz"la 1:1, "Neftçi" isə "Kəpəz"lə 2:2 hesablı heç-heçəyə razılaşıb.



Xəbər xətti