Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar

22:09 17 Mart 2023

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Sitat.info-nun məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb. Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın qadın güləşçilərinin qitə yarışında 3-cü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) Avropa 3-cüsü olub.



Xəbər xətti