Güləşçimiz erməni rəqibinə qalib gəldi

16:52 18 Mart 2023

 

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

“Sitat.info” xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, güləşçimiz Vaxit Qalayev (125 kq) ermənistanlı rəqibi Martin Simonyana 10:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 



Xəbər xətti