"Tottenhem"in futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

14:45 20 Mart 2023

İsveç millisinin futbolçusu Deyan Kulusevski Belçika və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunlarını buraxa bilər.

Sitat.info xəbər verir ki, "Tottenhem" klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi səfərdə "Sauthempton"la 3:3 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqasının XXVIII tur matçında zədələnib. Görüşün başa çatmasına 10 dəqiqə qalmış ombasından xəsarət alan gənc futbolçu oyunu davam etdirə bilməyib.

Kulusevskinin hansı müddətə sıradan çıxdığı bəlli deyil.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.



Xəbər xətti