"Turan Tovuz" panamalı futbolçu ilə müqavilə imzalayıb

12:48 22 Mart 2023

"Turan Tovuz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.

Bölgə təmsilçisindən "Report"a verilən məlumata görə, panamalı Roderik Millerlə anlaşılıb.

31 yaşlı müdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Roderik Miller 31 dəfə Panama millisinin formasını geyinib.



Xəbər xətti