Elvin Camalov: “Bütün rəqiblərlə mübarizə aparmağı bacarmalıyıq”

11:34 23 Mart 2023

“İnkişaf etmək üçün bütün rəqiblərlə mübarizə aparmağı bacarmalıyıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə keçiriləcək oyunlar barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi güclü komandalarla qarşılaşacaqlarını bildirib: “Həm Avstriya, həm də İsveçdə futbol ənənəsi var. Hər ikisi güclü komandadır, uğurlu nəticələr qazana bilir. Ancaq biz buna fikir vermirik. Milli forma altında rəqibin kimliyi elə də rol oynamır. Meydanda sona qədər “vuruşmalıyıq”. Çətin olsa da, səfər qarşılaşmalarında uğurlu nəticə əldə etmək üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Solnada Avstriyanın, bundan üç gün sonra isə Solnada İsveçin qonağı olacaq.



Xəbər xətti