Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Zabitser AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
"Qafqazinfo" xəbər verir ki, komandanı yığmamızla oyuna kapitan kimi çıxaracaq “Mançester Yunayted”in futbolçusu bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Məqsədimiz aydındır – başlanğıcda qələbə qazanmalıyıq. Rəqiblərimizi yaxşı analiz etmişik. Onların həm güclü, həm də zəif tərəflərini bilirik. Biz mütləq AÇ-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik. Azərbaycan yığması kimi guya kiçik rəqibə qarşı indi konsentrasiyalı performans tələb olunur. Kiçik komandalar da gücləniblər. İnanıram ki, detallar fərq yaradacaq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik”.
Xatırladaq ki, sabah Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.