Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.
“Sitat.info” xəbər verir ki, 35 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununun 89-cu dəqiqəsində fərqlənib.
Oyunda hesabı 78-ci dəqiqədə Tyaqo Almada açıb.
Messi klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.